Dünya · Ölkə.az

Güləş yarışında faciə - hakim tatamidə öldü

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Güləş yarışında faciə - hakim tatamidə öldü xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, hadisə Meksikanın Hidalqo ştatında, Deportivo 11 de Julio idman kompleksində keçirilən güləş nümayişi zamanı baş verib.

“El Búho” ləqəbi ilə tanınan Pineda əsas qarşılaşmada hakimlik edib. Görüş zamanı o, nümayişin bir hissəsi olaraq güləşçilərin fiziki hərəkətlərinə cəlb olunub. Bundan sonra hakim qəfil yerə yıxılıb və rinqdə hərəkətsiz qalıb.

Hadisəni görən təşkilatçılar qarşılaşmanı dərhal dayandıraraq tibbi yardım çağırıblar. Rinqə daxil olan tibb əməkdaşları Pinedanın həyat əlamətlərinin olmadığını müəyyən ediblər.

Hadisənin “piledriver” adlanan güləş hərəkəti ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Bu hərəkət zamanı rəqib başıaşağı vəziyyətdə saxlanılaraq yerə doğru endirilir.

Bununla belə, hakimin ölümünün dəqiq səbəbi hələ açıqlanmayıb. Faktla bağlı araşdırma başladılıb və ölüm səbəbinin tibbi ekspertizadan sonra dəqiqləşdiriləcəyi bildirilib.(Musavat.com)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑