Dünya · Azxeber.com

Ukraynada iki qatar toqquşub, xəsarət alanlar var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukraynada iki qatar toqquşub, xəsarət alanlar var xəbəri üçün şəkil
Ukraynanın Lvov şəhərində iki qatar toqquşub.
Hadisə oktyabrın 8-də Podzamçe stansiyasından yola düşən "Lvov-Sokal” marşrutu üzrə hərəkət edən dizel qatarının elektrovozla toqquşması nəticəsində baş verib.
"Məlumata görə, qəza zamanı dizel qatarının maşinisti ayağından xəsarət alıb. Daha dörd sərnişinə isə tibbi yardım göstərilib. Elektrovozun maşinistləri xəsarət almayıb.
Hadisə yerinə dəmir yolunun mütəxəssisləri və xüsusi xidmətlərin əməkdaşları cəlb olunub. Onlar toqquşmanın səbəblərini və digər halları araşdırırlar.
Hadisə zamanı ümumilikdə səkkiz nəfərin xəsarət aldığı bildirilir. Onlardan beşi xəstəxanaya yerləşdirilib, üç nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.   ///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑