Dünya · Teleqraf

Almaniya nəşri: Maskın dəstəyi olmadan Ukraynanın müdafiəsi çökə bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Almaniya nəşri: Maskın dəstəyi olmadan Ukraynanın müdafiəsi çökə bilər xəbəri üçün şəkil

BAKI, 24 oktyabr. TELEQRAF

Almaniyanın “Junge Welt” qəzetinin köşə yazarı Sebastian Edinger hesab edir ki, Avropa İttifaqının Starlink peyk rabitə sisteminin fəaliyyətini təcili bərpa etməyə çalışması İlon Maskın dəstəyi olmadan Ukrayna Silahlı Qüvvələrinin müdafiəsinin nə qədər həssas olduğunu göstərir.

Teleqraf xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Edinger bildirib ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin mətbuat katibi Tomas Renye Ukraynada Starlink peyk internetinin sürətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edərkən, bunu istəmədən etiraf edib.

“Texnologiya milyarderi İlon Maskın dəstəyi olmadan Ukraynanın müdafiəsi çökəcək”, – deyə köşə yazarı bildirib.

ABŞ Prezidenti Donald Tramp cümə axşamı Ukraynanın hərbi təyinatlı Starshield peyk rabitə sisteminə çıxışının bərpa edildiyini açıqlayıb. O, bu barədə mediada yayılan və Trampın Maskdan Ukraynada Starshield sistemindən istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırmağı xahiş etdiyini bildirən məlumatları şərh edərkən danışıb.

Bununla belə, Ukraynanın müdafiə nazirinin keçmiş müşaviri Sergey Sternenko daha sonra qeyd edib ki, sözügedən məhdudiyyətlər qismən qüvvədə qalır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑