Sakit okeanda yerləşən Vanuatu arxipelaqının sahilləri yaxınlığında 7,2 maqnitudalı zəlzələ baş verib. Hadisədən sonra sunami xəbərdarlığı elan edilib.
Publika.az xəbər verir ki, bu barədə Havayda yerləşən Sunami Monitorinq Mərkəzi məlumat yayıb.
Mərkəzin açıqlamasına görə, zəlzələnin ilkin parametrləri episentrdən 300 kilometr radiusda yerləşən sahil ərazilərində təhlükəli sunami dalğalarının yaranması ehtimalını göstərir.



