Dünya · Ədalət

Hörmüz boğazında iki neft tankeri minaya düşdü: Gəmilər partladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hörmüz boğazında iki neft tankeri minaya düşdü: Gəmilər partladı xəbəri üçün şəkil

Hörmüz boğazında iki neft tankeri minaya düşərək partlayıb.

Adalet.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilib ki, boğazın cənub marşrutu ilə hərəkət edən iki supertanker müəyyən edilmiş qaydaları pozaraq keçid etməyə çalışıb. Nəticədə gəmilər dəniz minalarına düşüb və partlayış baş verib.

Məlumata görə, hadisədən sonra hər iki tankerin ekipaj üzvləri gəmiləri tərk ediblər.

Tankerlərin ümumilikdə 4,5 milyon bareldən çox xam neft daşıdığı qeyd olunub. Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı və dənizə neft sızmasının baş verib-vermədiyi barədə hələlik məlumat yoxdur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑