Dünya · Azxeber.com

Yeniyetmə siyasətçini tənqid edən paylaşımlara görə saxlanılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yeniyetmə siyasətçini tənqid edən paylaşımlara görə saxlanılıb xəbəri üçün şəkil
Britaniyanın Uolsol şəhərində polis Mühafizəkarlar Partiyasından olan yerli siyasətçi Saymon Bennetin ünvanına istehza və təhqirlər ehtiva edən sosial şəbəkə paylaşımlarına görə 15 yaşlı yeniyetməni saxlayıb.
"New York Post"un məlumatına görə, "Reform UK" Partiyasını dəstəkləyən yeniyetmə Bennetin redaktə edilmiş şəklini yayımlayaraq ona dovşan qulaqları çəkib.
Şəkil bu qeydlə paylaşılıb: "Xırt-xırt... Eşidirsiniz? Bu, Vulverhempton mühafizəkarlarının nüfuzunun son qalıqlarını yeyən dovşandır".
Bundan başqa, yeniyetmə siyasətçinin xarici görünüşünü ələ salıb.
Nəşrin məlumatına görə, səhər tezdən yeniyetmənin evinə iki patrul avtomobilində dörd polis əməkdaşı gəlib. O, anasının və qonşularının yanında saxlanılıb, elektron cihazları isə müsadirə edilib.
Sonra yeniyetmə polis bölməsinə aparılıb, orada ondan DNT nümunələri və barmaq izləri götürülüb.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑