Dünya · Teleqraf

Vanuatu adaları yaxınlığında güclü zəlzələ qeydə alınıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vanuatu adaları yaxınlığında güclü zəlzələ qeydə alınıb xəbəri üçün şəkil

BAKI, 24 oktyabr. TELEQRAF

Sakit okeanın cənub hissəsində yerləşən Vanuatu adaları yaxınlığında 7,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Sunami Xəbərdarlıq Mərkəzinin portalında məlumat verilib.

Məlumata görə, zəlzələnin ocağı təxminən 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar oktyabrın 24-də Bakı vaxtı ilə saat 05:31-də baş verib.

Hadisədən sonra Quam və Şimali Mariana adaları, Alyaska, Britaniya Kolumbiyası və ABŞ-ın qərb sahili, Amerika Samoası və Havay adaları üçün məlumatlandırma bildirişləri yayımlanıb. Həmçinin ABŞ və Kanadadan kənarda Sakit okean regionu üçün təhlükə barədə bildiriş verilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑