Dünya · Teleqraf

ABŞ Prezidenti Pentaqon rəhbərini işdən çıxarmaq planının olmadığını bildirib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Prezidenti Pentaqon rəhbərini işdən çıxarmaq planının olmadığını bildirib xəbəri üçün şəkil

BAKI, 5 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqseti işdən çıxarmaq niyyətində olmadığını, onun yaxşı iş gördüyünə inandığını bildirib.

Teleqraf xəbər verir ki, Tramp Ağ Evin yeni ziyafət zalında jurnalistlər və tikinti işçiləri ilə söhbətində bu məsələ ilə bağlı suala cavab olaraq deyib:

"Xeyr, düşünürəm ki, o, çox yaxşı iş görür".

Daha əvvəl CBS News mənbələrə istinadən xəbər vermişdi ki, Tramp köməkçiləri ilə Heqsetin mümkün istefasını müzakirə edir. Şəbəkənin məlumatına görə, Amerika lideri Respublikaçıların aralıq konqres seçkilərində məğlubiyyətindən sonra Heqsetin vəzifəsində qalıb-qalmaması ilə maraqlanır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑