BAKI, 8 oktyabr. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio Türkiyə ilə Yunanıstan arasında Egey dənizi ilə bağlı fikir ayrılıqları səbəbindən müharibənin baş verməsini ağlasığmaz hesab edir və Vaşinqtonun heç vaxt buna yol verməyəcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, Yunanıstanın “Kathimerini” qəzetinə müsahibəsində deyib.
“Mənə elə gəlir ki, belə bir şeyin baş verməsi ağlasığmazdır. Onlar iki müttəfiq və NATO üzrə tərəfdaşdır. Buna görə də belə bir şey baş verə bilməz. Bu, heç kimin xeyrinə olmayacaq - nə Türkiyənin, nə Yunanıstanın, nə də ABŞ-nin. Ona görə də bu haqda heç düşünmək də lazım deyil, sadəcə ağlasığmazdır, heç vaxt yol verməyəcəyimiz bir şeydir və bunun baş verəcəyinə inanmıram”, - dövlət katibi qeyd edib.





.png)