Amerika · APA

Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir xəbəri üçün şəkil

Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir

ABŞ Prezidenti Donald Tramp Türkiyənin artıq ödənişini etdiyi F-35 qırıcılarını almasını istəyir.

Bunu ABŞ Dövlət katibi Marko Rubio Yunanıstanın “Kathimerini” qəzetinə müsahibəsində deyib.

Rubionun sözlərinə görə, ABŞ qanunvericiliyi Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı məsələ həll olunana qədər F-35 qırıcılarının Ankaraya təhvil verilməsini qadağan edir.

O bildirib ki, Türkiyə bu hüquqi məhdudiyyətlərdən xəbərdardır və problemin mümkün həlli yollarını araşdırır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑