İdman · Teleqraf

4 nəhəng klub Florian Virtsin transferində maraqlıdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
4 nəhəng klub Florian Virtsin transferində maraqlıdır xəbəri üçün şəkil

BAKI, 13 oktyabr. TELEQRAF

İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Florian Virts gələn yay komandasını dəyişə bilər.

Teleqraf xəbər verir ki, 23 yaşlı futbolçu yeni komandasında hələ də özünü göstərə bilmədiyi üçün onun mümkün transferi ilə bağlı iddialar yayılıb.

Jurnalist Ekrem Konurun məlumatına görə, “Çelsi”, Almaniyanın “Bavariya”, İspaniyanın “Real Madrid” və “Barselona” klubları almaniyalının vəziyyətini izləyir və onun transferini nəzərdən keçirir.

"Transfermarkt" portalının qiymətləndirməsinə əsasən, Virtsin bazar dəyəri 85 milyon avrodur. “Liverpul” 2025-ci ilin yayında Almaniya millisinin üzvünü Leverkuzen “Bayer”indən 125 milyon avroya transfer edib.

Futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑