İdman · Futbolpress.az

“Sabah”ın U-19 komandası çexlərlə üz-üzə

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Sabah”ın U-19 komandası çexlərlə üz-üzə xəbəri üçün şəkil

“Sabah” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununa bu gün çıxacaq.

Futbolpress.az xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi kollektiv Bakıda Çexiya təmsilçisi “Slaviya”nın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

Qarşılaşma Əlincə stadionunda, saat 15:00-da start götürəcək. Matçın baş hakimi norveçli Marius Hansen Qrotta olacaq.

“Sabah”ın U-19 kollektivi I turda İngiltərədə “Mançester Yunayted”ə beş cavabsız qolla uduzub. “Slaviya” isə evdə “Lans”dan üstün olub – 2:1.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑