İdman · Teleqraf

Elçin Məsiyev və Əliyar Ağayevə UEFA-dan təyinat

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Elçin Məsiyev və Əliyar Ağayevə UEFA-dan təyinat xəbəri üçün şəkil

BAKI, 13 oktyabr. TELEQRAF

Azərbaycanlı FİFA referiləri Elçin Məsiyev və Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıblar.

Teleqraf.az xəbər verir ki, onlar UEFA Avropa Liqasının Liqa mərhələsində iş başında olacaqlar.

Elçin Məsiyev “Çelye” (Sloveniya) – “Omoniya” (Kipr) matçını idarə edəcək. Ona yan xətt hakimləri kimi Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcəklər. Farid Hacıyev dördüncü hakim, Nicat İsmayıllı isə VAR hakiminin köməkçisi (AVAR) funksiyasını yerinə yetirəcək. VAR hakimi italiyalı Luka Payeretto olacaq.

NEC (Niderland) - “Levski” (Bolqarıstan) qarşılaşması isə Əliyar Ağayevə tapşırılıb. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. İnqilab Məmmədov dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimi isə xorvatiyalı İvan Bebek təyin edilib.

Hər iki görüş oktyabrın 15-də keçiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑