Bakı, 13 oktyabr,
“Turan Tovuz”un zədəli futbolçusu Denis Marandiçi əməliyyat olunmayacaq.
Klubun mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, moldovalı müdafiəçi tibbi müayinədən keçib və zədəsinin ciddi olmadığı müəyyənləşib. Onun 4-5 gün ərzində fərdi məşqlərə başlaması gözlənilir.
Qeyd edək ki, Denis Marandiçi Premyer Liqanın VII turunda “Şəfa”nı 1:0 hesabı ilə məğlub etdikləri oyunda İsmayıl Zülfüqarlı ilə toqquşma nəticəsində kəllə-beyin travması almışdı.



