İdman · AZƏRTAC

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatına heç-heçə ilə başlayıb xəbəri üçün şəkil

Bakı, 13 oktyabr,

Azərbaycanın minifutbol üzrə U-23 millisi dünya çempionatında ilk oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, yığma Xorvatiyanın Mali Loşin şəhərində təşkil olunan mundialda Rumıniya seçməsi ilə qarşılaşıb. Görüş məhsuldar heç-heçə ilə başa çatıb – 3:3.

Millinin heyətində qolları Xəzər Ağalızadə, Nihad Ağayev və Fərid Abbasov vurublar.

Ümumilikdə 8 ölkənin mübarizə apardığı dünya çempionatına oktyabrın 16-da yekun vurulacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑