BAKI, 11 oktyabr. TELEQRAF
İngiltərənin “Liverpul” klubunun futbolçusu Florian Virts karyerasını “Çelsi”də davam etdirə bilər.
Teleqraf “The Daily Briefing” nəşrinə istinadən xəbər verir ki, “zadəganlar” Almaniya millisinin üzvünün vəziyyətini yaxından izləyir.
London təmsilçisi 23 yaşlı futbolçunun “Liverpul”da yaşadığı çətinliklərdən xəbərdardır və uyğun fürsət yaranacağı təqdirdə onun transferi üçün hərəkətə keçə bilər.
Virts 2025-ci ilin yayında Almaniyanın “Bayer Leverkuzen” klubundan “Liverpul”a 125 milyon avroya keçib. Lakin hücumameyilli yarımmüdafiəçi yeni komandasında gözlənilən performansı nümayiş etdirə bilməyib. O, nə Arne Slotun rəhbərliyi altında, nə də Andoni İraolanın məşqçilik etdiyi yeni dövrdə əvvəlki formasını bərpa edə bilib.
Almaniyalı futbolçu “Bayer Leverkuzen”də Xabi Alonsonun rəhbərliyi altında parlaq çıxışı ilə diqqət çəkmişdi.“Çelsi”nin Virtsi transfer etməsi halında futbolçu yenidən Alonso ilə işləmək imkanı qazana bilər.
Bununla belə, mümkün keçid almaniyalı oyunçunun qarşıdakı aylarda göstərəcəyi performansdan asılı olacaq. Virts çıxışını yaxşılaşdırarsa, “Liverpul”un onun satışına razılıq verməsi çətin görünür. Əks halda, İngiltərə klubları arasında transfer rəqabəti yarana bilər.




