UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda keçiriləcək “Qalatasaray” – “Barselona” matçının hakim təyinatları açıqlanıb.
Publika.az xəbər verir ki, oktyabrın 13-də baş tutacaq görüşü italiyalı hakim Marko Quida idarə edəcək.
Ona həmyerliləri Corcio Peretti və Cüzeppe Perrotti kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fabio Mareska yerinə yetirəcək. VAR-da Marko Di Bello, AVAR-da isə Aleandro Di Paolo çalışacaq.
Qeyd edək ki, İstanbulda yerləşən “RAMS Park” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Marko Quida ötən mövsüm “Qalatasaray”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində səfərdə “Ayntraxt”a 1:5 hesabı ilə uduzduğu matçı idarə edib. O, həmçinin 2023/24 mövsümündə İstanbul təmsilçisinin Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Sloveniyanın “Olimpiya” klubunu 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada baş hakim olub.




