İdman · BiG.az

"Barselona"nın baş məşqçisi Yamalı gələcəyin ən yaxşı futbolçusu adlandırıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Barselona"nın baş məşqçisi Yamalı gələcəyin ən yaxşı futbolçusu adlandırıb xəbəri üçün şəkil

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik hesab edir ki, komandanın hücumçusu Lamin Yamal dünyanın ən yaxşı futbolçusu ola bilər, hətta o, artıq bu ada layiqdir.

"Report "Mundo Deportivo"ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis İspaniya çempionatının VIII turunda "Xetafe" ilə matçdan əvvəl bu barədə danışıb.

"O, dünyanın ən yaxşı futbolçusu olacaq, əgər artıq belə deyilsə. Onun işə münasibəti, psixoloji hazırlığı və hər gün daha da inkişaf etmək istəyi məhz lazım olan keyfiyyətlərdir. Hazırda o, düzgün istiqamətdə irəliləyir və mən bundan çox məmnunam", - Flik qeyd edib.

Yamal cari mövsümdə "Barselona"nın heyətində bütün turnirlərdə 8 oyun keçirib, 8 qol vurub və 6 məhsuldar ötürmə verib.






BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑