İdman · Sfera.az

Azərbaycan boksçusu Avropa çempionu oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan boksçusu Avropa çempionu oldu xəbəri üçün şəkil

Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi ilə qarşılaşıb.

Hər üç raundu öz xeyrinə başa vuran Cəmilə Muradlı 5:0 hesabı ilə (30:27, 30:27, 30:27, 30:27, 30:27) qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.

Bununla da Azərbaycan millisinin medallarının sayı dördə çatıb. Daha əvvəl boksçularımızdan Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, bu gün daha dörd idmançımız final döyüşünə çıxacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑