İdman · Təzadlar

Lotar Matteus: “Bakı möhtəşəmdir” - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Lotar Matteus: “Bakı möhtəşəmdir” - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Bakıdakı dünya çempionatına gəlmək mənim üçün xoşdur.

Tezadlar.az xəbər verir ki, bunu Almaniya millisinin heyətində dünya çempionu olmuş keçmiş futbolçu Lotar Matteus Bakıda jurnalistlərə açıqlamasında deyib.

Sabiq oyunçu Azərbaycanda keçirilən cüdo üzrə dünya çempionatı barədə danışıb:

“Beynəlxalq Cüdo Federasiyasının dəvəti ilə Bakıdayam. İlk dəfədir ki, Bakıya və ölkənizə gəlirəm. Şəhəriniz möhtəşəmdir. Burada olduğum üçün şadam. Cüdoya marağım böyükdür. Bu idman növündə hakimə böyük hörmət var. Bəzən futbolda bununla rastlaşmırıq. Dünya çempionatı çox önəmlidir”.

O, UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”ın Dortmund “Borussiya”sına qarşı keçirəcəyi matça da toxunub:

“Qarabağ”la daha əvvəl üz-üzə gəliblər. “Borussiya” cütün favoritidir. Nəticə 90 dəqiqənin sonunda müəyyənləşəcək”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Azərbaycan təmsilçilərindən indiyədək Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑