İdman · İdman.biz

“Qarabağ”ın sabiq futbolçusu Duran “Seltik”in qələbəsində qol vurub - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Qarabağ”ın sabiq futbolçusu Duran “Seltik”in qələbəsində qol vurub - VİDEO xəbəri üçün şəkil

Şotlandiyanın “Seltik” futbol komandası Premyerşipin səkkizinci turunda səfərdə “Mazervell”i məğlub edib.

İdman.Biz xəbər verir ki, “Fir Park” stadionunda keçirilən oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 9-cu dəqiqədə “Qarabağ”ın sabiq futbolçusu Kamilo Duran açıb: kolumbiyalı uzaq məsafədən vurduğu zərbə ilə topu qapıya göndərib. 59-cu dəqiqədə Benyamin Nüqren Kasper Höqün ötürməsindən sonra fərqi artırıb.

Meydan sahiblərinin qapıçısı Aleks Polsen 12 seyv edib. Bu, Şotlandiya Premyerşipinin cari mövsümündə bir oyun üçün rekord göstəricidir.

Martin O'Nilin yetirmələri bununla bütün turnirlərdə üç oyunluq məğlubiyyət seriyasına son qoyublar. “Seltik” səkkiz turdan sonra 21 xalla turnir cədvəlində birinci yerə qayıdıb və ikinci pillədəki “Reyncers”i iki xal qabaqlayır. Dalbadal dördüncü məğlubiyyətini alan “Mazervell” səkkiz xalla doqquzuncu yerdədir.

“Seltik” növbəti oyununu oktyabrın 15-də Avropa Liqasında səfərdə Portuqaliyanın “Benfika” klubu ilə keçirəcək, oktyabrın 18-də isə Premyerşipdə “Harts”ı qəbul edəcək.

Qeyd edək ki, Duran “Seltik”ə “Qarabağ”dan altı milyon funt sterlinqə (13,7 milyon AZN) transfer olunub. O, “Scotsman” nəşrinə açıqlamasında bildirib ki, yeni klubuna keçidi Kolumbiya millisinə dəvətdə böyük rol oynayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑