İspaniyanın “Barselona” futbol komandasının start heyətinin ümumi bazar dəyəri bir milyard avroya (2 milyard AZN) yaxınlaşıb.
İdman.Biz xəbər verir ki, “Transfermarkt” portalının məlumatına əsasən, Kataloniya klubunun 11-liyi 960 milyon avro (1,92 milyard AZN) qiymətləndirilir. Bu, ötən mövsümün sonundakı göstəricidən təxminən 100 milyon avro (200 milyon AZN) çoxdur.
Heyətin dəyəri iki ayda 11 faiz artıb. Buna futbolçuların dünya çempionatındakı çıxışı və mövsümün uğurlu başlanğıcı təsir edib: “Barselona” keçirdiyi doqquz rəsmi oyunun hamısında qalib gəlib.
Siyahıya Lamin Yamal başçılıq edir. Onun dəyəri 200 milyon avrodan (400 milyon AZN) 220 milyon avroya (440 milyon AZN) yüksəlib. Pedri 150 milyon avro (300 milyon AZN), Fermin Lopes 110 milyon avro (220 milyon AZN), Pau Kubarsi isə 100 milyon avro (200 milyon AZN) qiymətləndirilir.
11-liyin gənc qrupunu hələ 20 yaşı tamam olmayan “La Masiya” yetirmələri Lamin Yamal, Pau Kubarsi və Xavi Espart təşkil edir. Joan Qarsia, Jül Kunde, Erik Qarsia, Pedri, Fermin Lopes və Entoni Qordonun yaşı 23-27 arasındadır. Heyətin ən təcrübəli üzvləri 30 yaşlı Rodri və 29 yaşlı Rafinyadır.




