Birinci oyunla müqayisədə komanda meydana daha inamlı çıxdı. İdmançılar bütün tapşırıqları yerinə yetirdilər və təəssüratlarım çox müsbətdir. Əlbəttə, bəzi məqamlarda çatışmazlıqlar olur, lakin ümumilikdə komandanın oyunundan tam razıyam.
Bizim.Media xəbər verir ki, bunu həndbol üzrə qadınların EHF Avropa Kubokunun ikinci təsnifat mərhələsində Kiprin APOEL komandasını mübarizədən kənarlaşdıran “Kür” klubunun baş məşqçisi Fuad Yanqildin matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.
Növbəti mərhələdəki rəqiblərlə bağlı gözləntilərini bölüşən baş məşqçi qeyd edib: “Potensial rəqibləri təhlil etmişik. Növbəti mərhələnin püşkatması oktyabrın 14-də keçiriləcək. İnşallah, hər şey yaxşı olar”.
Qeyd edək ki, “Kür” klubu Kiprin APOEL komandasını iki oyunun cəminə əsasən (40:18, 39:13) mübarizədən kənarlaşdırıb.
Bizim.Media
“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Xəbəri paylaş
Oxunma1
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.





