İdman · İdman.biz

“Sky Sports”un eksperti: “Azərbaycan Qran-prisindən sonra “Red Bull”un problemləri aradan qalxıb”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Sky Sports”un eksperti: “Azərbaycan Qran-prisindən sonra “Red Bull”un problemləri aradan qalxıb” xəbəri üçün şəkil

“Sky Sports” kanalının eksperti, avtoyarışçı Naomi Şiff “Red Bull” pilotu Maks Ferstappenin Sinqapur Qran-prisində qələbə şansından danışıb.

İdman.Biz xəbər verir ki, 32 yaşlı mütəxəssis Sinqapurun dördqat “Formula-1” çempionunun hələ qalib gəlmədiyi cəmi iki trasdan biri olduğunu xatırladıb. Onun sözlərinə görə, əvvəlki nəsil bolidlərdə “Red Bull”un sürət, bordürlər və kələ-kötür hissələrlə bağlı problemləri olub və niderlandlı pilotun burada qələbə qazana bilməməsinin səbəblərindən biri də bu idi.

“Bakıda gördüklərimizə əsasən, bu, artıq problem deyil”, - deyə Şiff “Sky Sports”un efirində bildirib.

Ekspert Ferstappenin özünü daha rahat hiss etdiyini, bolidin necə davranacağını anladığı üçün ondan daha çox şey çıxara bildiyini vurğulayıb. Şiff belə trasda bunun xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Qeyd edək ki, “Red Bull” Azərbaycan Qran-prisində mövsümün son böyük yenilik paketini təqdim edib, dəyişikliklər əsasən bolidin alt hissəsini və yan gövdə panellərini əhatə edib. Bakıda Ferstappen güc qurğusundakı nasazlıq üzündən təsnifatda geri qalıb və yarışa arxa sıralardan başlayıb, lakin finişə ikinci çatıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑