İdman · Sfera.az

Real-ın düşərgəsində gərginlik artır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Real-ın düşərgəsində gərginlik artır xəbəri üçün şəkil

"Real”ın düşərgəsində gərginlik artır

Madrid “Real”ında baş məşqçi Joze Mourinyonun oyun fəlsəfəsi ilə bağlı narazılıqların artdığı iddia olunur.

Sfera.az xəbər verir ki, bu barədə “The Touchline” sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbənin məlumatına görə, bir neçə futbolçu portuqaliyalı mütəxəssisin sistemli oyundan daha çox fərdi ustalığa güvənməsindən narazıdır. Bu səbəbdən komandanın paltardəyişmə otağında fikir ayrılıqlarının dərinləşdiyi bildirilir.

Maraqlıdır ki, “Real”ın sabiq baş məşqçisi Xabi Alonso həddindən artıq mürəkkəb taktiki yanaşmasına görə vəzifəsindən ayrılmalı olmuşdu. İndi isə Mourinyo taktiki baxımdan kifayət qədər dərin və sistemli oyun qurmamaqda tənqid edilir.

Qeyd edək ki, Joze Mourinyo yayda Madrid klubunun baş məşqçisi vəzifəsinə təyin olunub. Onun “Real”la müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑