Sosial · Sonxeber.az

Səidə Sultandan hakimə sərt çağırış: "Camaatın balalarını bədbəxt etməyin" - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Səidə Sultandan hakimə sərt çağırış: "Camaatın balalarını bədbəxt etməyin" - VİDEO xəbəri üçün şəkil

Səidə Sultan uzun fasilədən sonra sosial media paylaşımı edib.

"Yeni Sabah" xəbər verir ki, ifaçı bir neçə gün əvvəl Bakıda 4 uşaq atasının hamilə iti döyərək balkondan aşağı atması və öldürməsinə münasibət bildirib.

Səidə Sultan hadisə ilə bağlı vətəndaşa 25 sutka inzibati həbs cəzası verilməsini qınayıb:

"Buradan qərarı verən hakimə səslənirəm ki, bu, açıq-aydın cinayətdir. İndi heyvana edib, gələcəkdə insana da edə bilər. Ailəsi ilə maraqlanmısınızmı? Bəlkə bu cür zorakılıqları evdə ailəsinə də edir? İnsan olaraq bildirirəm ki, belə manyakları çölə buraxmayın. Camaatın balalarını bədbəxt etməyin. Bunlara 2-3 il iş kəsilməlidir. Dərs almalıdırlar ki, bir də o hərəkəti etməsinlər".






BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑