Sosial · Publika.az

Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? xəbəri üçün şəkil

Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir.

Publika.az FED.az-a istinadən xəbər verir ki, iqtisadçı ekspert Əli Əhmədov bu dəyişiklikdən sonra pensiyaların hesablanma qaydasını izah edib.

Ə.Əhmədovun sözlərinə görə, sözügedən dəyişiklikdən sonra aylıq 1200 manat maaş alan vətəndaşın fərdi hesabına köçəcək vəsait təqribən 31 manat (5%) azalmış olacaq.

Yəni əgər vətəndaşın hazırkı qüvvədə olan qanunla pensiya yaşına çatana qədər pensiya kapitalına 86 min manat yığılırdısa, dəyişiklikdən sonra bu rəqəm 76 min 500 manat olacaq. Belə olan halda, pensiya yaşına çatmış şəxsə 562 manat yox, 531 manat ödənilmiş olacaq.

Ətraflı videomaterialda:

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑