"TƏBİB-in tabeliyində olan tibb müəssisələrində istifadə edilən informasiya sistemlərinin fəaliyyətində müvəqqəti fasilələr müşahidə olunur".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, informasiya sistemlərinin fəaliyyətində fasilə yarandığı müddətdə vətəndaşlara göstərilən tibbi xidmətlərin davamlılığının təmini məqsədilə qeydiyyat prosesi alternativ qaydada həyata keçirilir.
"Hazırda texniki problemin aradan qaldırılması istiqamətində aidiyyəti istehsalçı şirkətin yerli və beynəlxalq mütəxəssisləri tərəfindən zəruri tədbirlər görülür.
Vətəndaşlara göstərilən tibbi xidmətlərin fasiləsizliyinin təmin olunması diqqətdə saxlanılır.
Yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - deyə məlumatda vurğulanıb.
Banu Hüseynli



