Sosial · APA

ƏƏSMN: Sosial rifahın təminatı istiqamətində növbəti mühüm addımlar atılacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ƏƏSMN: Sosial rifahın təminatı istiqamətində növbəti mühüm addımlar atılacaq xəbəri üçün şəkil

ƏƏSMN: Sosial rifahın təminatı istiqamətində növbəti mühüm addımlar atılacaq

Son 7 ildə ölkəmizdə icra olunan 5 sosial islahat paketinin uğurlu nəticələrinə nəzər saldıqda əməkhaqqı, pensiya, müavinət və təqaüdlər üzrə ödənişlərdə dəfələrlə artımlar edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, 2018-2026-cı illərdə minimum və orta aylıq pensiyada 2,9 dəfə, minimum əməkhaqqında 3,1 dəfə, orta aylıq əməkhaqqında 2,2 dəfə, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı sosial yardımın orta məbləğində isə 2,5 dəfə artım baş verib.

Pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım üzrə aylıq sosial ödənişlərin əhatə dairəsi 2,2 milyon nəfəri əhatə edir, məbləği isə 900 milyon manata çatıb.

Dövlət başçısının Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı gələn il də minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılacağını elan etməsi bu ödənişlərdəki artımların davamlı xarakter aldığını, sosial rifahın təmin edilməsi istiqamətində qarşıdakı dövrdə də mühüm addımların atılacağını bir daha təsdiq edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑