Sosial · Yeni Sabah

Mənşəyi bilinməyən məhsullar satışda üzə çıxdı - Görün bazarda nə satırlar?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mənşəyi bilinməyən məhsullar satışda üzə çıxdı -  Görün bazarda nə satırlar? xəbəri üçün şəkil

Şəmkirdə fəaliyyət göstərən bazarlardan birində ciddi nöqsanlar aşkarlanıb. Yoxlama zamanı ət, süd və balıq məhsullarının saxlanma şəraiti ilə bağlı tələblərin pozulduğu müəyyən edilib.

Bu barədə "Yeni Sabah"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

AQTA-nın Qazax-Tovuz regional bölməsinin əməkdaşları Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən “Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirib. pizza mizza

Yoxlama zamanı bazarda sanitariya norma və qaydalarının, eləcə də texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.

Baxış zamanı ət, süd və balıq məhsullarının temperatur rejiminə əməl edilmədiyi, müşayiətedici sənədləri və mənşəyi məlum olmayan məhsulların satışa çıxarıldığı aşkarlanıb. Həmçinin məhsulların saxlanılması üçün xüsusi soyuducuların təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər ciddi nöqsanların olduğu müəyyən edilib.

Faktla bağlı inzibati protokol tərtib olunub. Bazarın fəaliyyəti aşkar edilmiş nöqsanlar aradan qaldırılanadək nəzarətə götürülüb.

Aytac Əliyeva


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑