İqtisadiyyat · Sonxeber.az

Norveç 2027-ci il büdcəsi üçün Neft Fondundan 64 milyard dollar ayıracaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Norveç 2027-ci il büdcəsi üçün Neft Fondundan 64 milyard dollar ayıracaq xəbəri üçün şəkil

Norveç hökuməti dövlət büdcəsi-2027 layihəsi çərçivəsində Dövlət Pensiya Fondundan (Neft Fondu) 608,4 mlrd Norveç kronu (təqribən 64 milyard dollar) istifadə etməyi təklif edib.

"Report" xəbər verir ki, bu barədə Norveçin "NRK" teleradio şirkəti xəbər verir.

Bu, Neft Fondunun ümumi dəyərinin 2,7%-ni təşkil edir ki, bu da fondun vəsaitlərinin hər il 3%-dən çox istifadə edilməsinə icazə verən ölkənin büdcə qaydasına uyğundur.

Növbəti il fondun vəsaitlərini iqtisadi islahatlara yönəltmək planlaşdırılır: materik iqtisadiyyatının artım templərinin yavaşlaması fonunda vətəndaşların alıcılıq qabiliyyətinin qorunması məqsədilə əhalinin gəlir vergisinin 6,4 mlrd krona (0,67 milyard dollar) azaldılması, yüksək elektrik qiymətlərinə görə vətəndaşlara kompensasiya olaraq 16,4 mlrd krona (1,7 milyard dollar) məbləğində subsidiyalar.

Həmçinin göstərilən məbləğdən 85 mlrd kronun (8,8 milyard dollar) ölkəyə yardım göstərilməsi öhdəlikləri çərçivəsində Ukraynaya yönəldilməsi planlaşdırılır.






BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑