İqtisadiyyat · Banker.az

“Epoint”un sahibi nizamnamə kapitalını 89% artırıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Epoint”un sahibi nizamnamə kapitalını 89% artırıb xəbəri üçün şəkil

Azərbaycanda “Epoint” elektron ödəniş platformasının sahibi “Global İnnovations” MMC-nin nizamnamə kapitalı 600 min manat və ya 88,9% artırılıb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 675,2 min manatdan 1 milyon 275,2 min manata yüksəldilib.

Kapital artımı 18 mart 2026-cı ildə rəsmiləşdirilib. Şirkətin 8 oktyabr 2026-cı il tarixinə kapitalı dəyişməz qalıb.

“Global İnnovations” MMC-nin direktor Zeynal Əlibəy oğlu Kərimzadədir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 5, mənzil 8-dir.

Qeyd edək ki, 2014-cü ildə yaradılan “Global İnnovations” maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərir. Şirkət “Epoint” brendi altında biznes subyektlərinə onlayn ödənişlərin qəbulu, elektron ticarət və nağdsız hesablaşmalar üzrə texnoloji həllər təqdim edir.

Şirkət 24 iyul 2024-cü ildə Azərbaycan Mərkəzi Bankından ödəniş təşkilatı kimi müddətsiz lisenziya alıb. Bu lisenziya əsasında ödəniş əməliyyatlarının ekvayrinqi xidmətini həyata keçirir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑