Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərdədir. Dövlət başçımız Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edib.
Azərbaycan ilə Türkmənistan arasındakı strateji tərəfdaşlıq son illər daha da güclənməkdədir. 2025-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 208 milyon dollar olub. Türkmənistan Mərkəzi Asiyada Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşıdır.
Tezadlar.azxəbər verir ki, bunu deputat, iqtisadçı-ekspert Vüqar Bayramov sosial media hesabında bildirib.
“2025-ci ildə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında ticarət dövriyyəsi isə 1 milyard 765 milyon dolları keçib. Bu əvvəlki ilə nisbətən 50 faizdən çox artım deməkdir. Belə ki, 2024-cü ildə ümumi ticarət dövriyyəsi 1 milyard 152 milyon dollar olmuşdur.
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın daha da gücləndiyi istiqamətlərdən biri də beynəlxalq yükdaşımalar sahəsidir. Belə ki, Orta Dəhliz vasitəsi ilə region üzərindən daşınan yüklərin həcmi bu ilin ilk səkkiz ayında 20 faiz artıb. Bu, qardaş Türk dövlətlərinin valyuta gəlirlərinin artmasına imkan yaradır.
Azərbaycan Prezidentinin səfərinin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olmaqla yanaşı, qarşılıqlı əlaqələrdə yeni səhifə açağı gözlənilir”, – deyə Vüqar bayramov qeyd edib.
JASMİN
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
Londonun ICE birjasında "Brent" markalı xam neftin fyuçerslərinin qiyməti 101.45 dollara bərabər olub.Sfera.az xəbər verir ki, "Brent" neftinin qiyməti 0.87% artıb.Eyni zamanda, WTI markalı xam neftin fyuçerslərinin qiyməti 0.76% artaraq bir barel üçün 90.12 dollar olub.
Azərbaycanda 2027-ci ildə əməkhaqqı və sosial ödənişlərin artırılması gözlənilir.Xüsusilə minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin yüksəldilməsi ilə bağlı artıq rəsmi açıqlamalar verilib. Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev 2027-ci ildə minimum əməkhaqqının, pensiyaların və sos
Son illərdə dünyada baş verən geosiyasi proseslər beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyətini əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Moskvanın Avropa bazarlarına çıxışını məhdudlaşdırıb. Bu fonda Rusiya üçün Asiy
Yaxın Şərqdəki vəziyyətin yaratdığı enerji şoku hələlik avrozonada digər məhsulların qiymətlərinə və əməkhaqlarının artım tempinə təsir göstərməyib.Lakin bu təsirlərin sonradan ortaya çıxması istisna edilmir.Sfera.az xəbər verir ki, bunu Finlandiya Mərkəzi Bankının rəhbəri və Avropa Mərkəzi Bankının
Azərbaycan Mərkəzi Bankında (AMB) “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi ilə birlikdə, Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə “Sparkassenstiftung” təşkilatının dəstəyi ilə bank sektoru nümayəndələri üçün…