Sumqayıt Sənaye Parkında istehsalat binalarının layihələndirilməsi üçün 170 min manatlıq satınalma elan edilib.
Banker.az xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyi PHŞ Sumqayıt Sənaye Parkında istehsalat təyinatlı binaların tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması xidmətini satın alır.
Satınalmanın ehtimal olunan qiyməti 170 min manat təşkil edir.
Layihə çərçivəsində parkın ərazisində istehsalat binalarının tikintisi ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.


