Siyasət · SİA

YAP Samux rayon təşkilatının Salahlı kəndi üzrə ərazi partiya təşkilatında görüş keçirilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
YAP Samux rayon təşkilatının Salahlı kəndi üzrə ərazi partiya təşkilatında görüş keçirilib xəbəri üçün şəkil

28 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Samux rayon təşkilatının Salahlı kəndi üzrə ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.
Görüş zamanı əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqində müəyyənləşdirilən strateji hədəflər, dövlətimizin davamlı inkişafı, milli maraqların qorunması və ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. O, Yeni Azərbaycan Partiyasının cəmiyyətin siyasi həyatında mühüm rolunu vurğulayaraq partiya üzvlərinin üzərinə düşən məsuliyyətin, siyasi fəallığın və ideoloji işin gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə çıxış edən partiya fəalları Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafında və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsində oynadığı roldan bəhs ediblər. Onlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurların, milli maraqların qətiyyətlə qorunmasının və ərazi bütövlüyümüzün təmin edilməsinin hər bir partiya üzvündə böyük qürur hissi yaratdığını bildiriblər.
Sonda partiya üzvləri qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində fəal iştirak etməyə, Yeni Azərbaycan Partiyasının ideya və prinsiplərinin təbliğinə, dövlətimizin inkişafına və cəmiyyətimizin rifahına töhfə verməyə hazır olduqlarını ifadə ediblər.
.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑