Siyasət · AZƏRTAC

Dostluq Assosiasiyasının prezidenti: Mərakeşdə Azərbaycanla bağlı məlumatları daim diqqətlə izləyirik

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dostluq Assosiasiyasının prezidenti: Mərakeşdə Azərbaycanla bağlı məlumatları daim diqqətlə izləyirik xəbəri üçün şəkil

Bakı, 28 oktyabr,

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov komitənin dəstəyi ilə ölkəmizdə səfərdə olan Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan ilə Mərakeş arasında dostluq münasibətlərinin inkişafı, diaspor sahəsində əməkdaşlığın genişləndirilməsi, xalqlarımız arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi və humanitar əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, Fuad Muradov görüşdə Prezident İlham Əliyevin diaspor sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində xaricdə yaşayan soydaşlarımızla, eləcə də dost xalqların nümayəndələri ilə əlaqələrin daha da möhkəmləndiyini, diaspor təşkilatlarının fəaliyyətinin inkişafı istiqamətində mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

O, Azərbaycan ilə Mərakeş arasında mövcud dostluğun diaspor sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayıb, qarşılıqlı təcrübə mübadiləsinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.

Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri Azərbaycana səfərlərindən, eləcə də Şuşa və Xankəndi şəhərlərində olmalarından məmnunluqlarını ifadə ediblər. Qonaqlar ölkəmizin son illər əldə etdiyi böyük nailiyyətləri yüksək qiymətləndirib, Azərbaycan xalqının qonaqpərvərliyi ilə bağlı təəssüratlarını bölüşüblər.

Dostluq Assosiasiyasının prezidenti Mohamed Faquiri Azərbaycanla bağlı məlumatları daim diqqətlə izlədiklərini nəzərə çatdırıb. O, 44 günlük Vətən müharibəsinin Azərbaycanın Zəfəri ilə başa çatmasından məmnunluğunu ifadə edərək, ölkəmizin tarixi və taleyi ilə bağlı hadisələrin Mərakeşdə də maraqla izlənildiyini söyləyib. Səfərin ölkəmizi daha yaxından tanımaq, onun tarixi, mədəniyyəti və inkişaf yolu haqqında ətraflı məlumat əldə etmək baxımından əhəmiyyətini vurğulayıb.

Mohamed Faquiri Mərakeşdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını çox arzuladıqlarını xüsusi qeyd edib. Onun sözlərinə görə, belə bir mərkəzin yaradılması Mərakeş ictimaiyyətinin Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, adət-ənənələri, incəsənəti və milli dəyərləri ilə daha yaxından tanış olmasına geniş imkanlar yarada bilər.

Görüşdə komitənin layihələrinə diqqət çəkilib, xüsusilə Diaspor Gənclərinin Yay Düşərgələri layihəsində mərakeşli gənclərin iştirakının əhəmiyyəti vurğulanıb və iştirak etmək arzuları nəzərə çatdırılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑