Siyasət · SİA

"Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycanın inkişafına istiqamət verib"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycanın inkişafına istiqamət verib" xəbəri üçün şəkil

"Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayındakı çıxışı zamanı vurğuladığı əsas məsələlərdən biri də Ulu Öndər Heydər Əliyevin siyasi irsinin gənc nəslə çatdırılması idi. Əlbəttə ki, bu istiqamətdə ən mühüm işi həyata keçirən məhz cənab Prezidentin özüdür. Onun örnək fəaliyyəti Heydər Əliyev irsinin və ənənələrinin gənc nəslə aşılanmasında mühüm rol oynayır. Gənclər İlham Əliyevin fəaliyyətinə nəzər salaraq Heydər Əliyev siyasi məktəbinin əsas prinsiplərini öyrənir və onun zəngin irsini mənimsəyirlər".

Bu sözləri SİA-ya açıqlmasında politoloq Zeynal Əmrəliyev deyib.

O bildirib ki, bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da xüsusi rolu var:

" Mehriban xanımın uğurlu fəaliyyəti nəticəsində gənc nəsil Heydər Əliyev irsini daha dərindən öyrənmək və mənimsəmək imkanı qazanır. Nəzərə alaq ki, Mehriban xanım Əliyeva eyni zamanda Yeni Azərbaycan Partiyası sədrinin birinci müavinidir. Partiyanın rəhbərliyində təmsil olunan İlham Əliyev və Mehriban Əliyeva gənc fəallar üçün hər zaman örnək olublar.

Heydər Əliyev irsinin təbliği və onun siyasi xəttinin davam etdirilməsi baxımından müstəqil dövlət quruculuğu, iqtisadi müstəqillik və güclü ordu prinsipləri xüsusi əhəmiyyət daşıyır. Məhz bu prinsiplər Azərbaycanın bugünkü inkişafının əsasını təşkil edir. Həmin istiqamətlərin vahid siyasət çərçivəsində birləşdirilməsi nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad edib.

Bu siyasətin banisi Ulu Öndər Heydər Əliyevdir. Prezident İlham Əliyev isə həmin siyasi xətti uğurla davam etdirərək Azərbaycanın suverenliyinin tam bərpasına nail olub və ölkəmizi dünyanın nüfuzlu dövlətlərindən birinə çevirib. Həyata keçirilən siyasət nəticəsində Azərbaycanın iqtisadiyyatı inkişaf edib, regionun ən güclü ordularından biri formalaşıb, ölkədə siyasi sabitlik və təhlükəsizlik təmin olunub. Azərbaycan beynəlxalq miqyasda təhlükəsizlik və sabitlik məkanı kimi tanınıb.

Bütün bunlar Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun və Prezident İlham Əliyevin bu xətti ardıcıl şəkildə davam etdirməsinin nəticəsidir".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑