Siyasət · Milli.az

Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi xəbəri üçün şəkil

Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib.

Milli.Az xəbər verir ki, Ermənistan mediasının xəbərinə görə, layihəni Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan təqdim edib.

Qanunverici orqanda bu təşəbbüsü 63 deputat dəstəkləyib, 32 parlamentari isə sənədin əleyhinə səs verib.

Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu") istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri "Sülh və Dövlətlərarası Münasibətlər haqqında" Sazişi paraflayıblar.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑