Siyasət · Ölkə.az

Dövlət qurumları qəbul etdiyi ianələrlə bağlı ictimaiyyətə hesabat verəcəklər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dövlət qurumları qəbul etdiyi ianələrlə bağlı ictimaiyyətə hesabat verəcəklər xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bu barədə Milli Məclisə daxil olan "Maraqlar toqquşması" haqqında yeni hazırlanmış qanun layihəsində öz əksini tapıb.

Layihədə qeyd edilib ki, qurumlar hər il yanvarın 15-dək əvvəlki il ərzində qəbul edilmiş ianələrin məbləği və ianə verən subyektlər barədə ictimaiyyətə məlumat verməli olacaqlar.

Sənədə əsasən, ianə hesabına qurumun işçilərinə məvacib, mükafat, başqa formada ödəniş və ya hədiyyə verilməsi nəzərdə tutulmur.

Bundan başqa, qurumun ianə ediləcək fəaliyyət sahəsi üzrə çalışan işçilərinin ianə verən şəxslə münasibətlərin qurulmasında, danışıqlarda və müzakirələrdə iştirak etməməsi təklif olunur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑