Siyasət · SİA

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub -YENİLƏNİB

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub -YENİLƏNİB xəbəri üçün şəkil

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü olub.

SİA xəbər verir ki, söhbət zamanı Azərbaycan və İran prezidentlərinin görüşləri və telefon danışıqları məmnunluqla xatırlandı, bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri və aparılmış müzakirələr qeyd olundu.

Prezident Məsud Pezeşkian ölkələrimiz arasında tarixi dostluq və qohumluq əlaqələrinin olduğunu deyərək, İranda baş verən hadisələr zamanı dost və mehriban qonşu kimi Azərbaycanın mövqeyinin yüksək qiymətləndirildiyini bir daha bildirdi.

Dövlətimizin başçısı İranın qeyri-üzv dövlət kimi “MDB plyus” formatında ilk dəfə iştirakına toxundu.

Görüşdə Ağbənd–Kəlalə layihəsinin icrası ilə əlaqədar işlərin yekunlaşma mərhələsində olduğu məmnunluqla qeyd edildi.

Söhbət əsnasında vurğulandı ki, Qırğızıstanın paytaxtı Bişkekdə dövlət başçılarının sonuncu görüşü zamanı ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində iki ölkənin aidiyyəti qurumları fəaliyyətini davam etdirir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑