Siyasət · Ölkə.az

Paşinyan Zəngəzur dəhlizindən danışdı: “Yaxında başlayacağıq”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyan Zəngəzur dəhlizindən danışdı: “Yaxında başlayacağıq” xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
O bildirib ki, yaxın gələcəkdə Ermənistan TRIPP layihəsinin həyata keçirilməsinə başlamağı gözləyir.

“Bu layihə Ermənistanla Azərbaycan arasında əlaqələri, o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisi vasitəsilə Ermənistanın şimalı ilə cənubu arasında əlaqəni, eləcə də Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqəni dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında təmin edəcək”.

Hökumət başçısı söyləyib ki, bu, Vaşinqton Bəyannaməsinə uyğun olaraq həyata keçirilir: “Bəyannamənin üçüncü bəndində iki ölkə arasında daxili və beynəlxalq nəqliyyat əlaqələrinin açılmasının, regionda və ətraf ərazilərdə sülhün, sabitliyin və rifahın təşviq edilməsinin əhəmiyyəti bir daha təsdiqlənir. Bu səylər Ermənistan Respublikasının ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında beynəlxalq və daxili nəqliyyat üçün maneəsiz əlaqəni əhatə etməlidir.

Bu, həmçinin İran, Naxçıvan, Ermənistan və Gürcüstan vasitəsilə Fars körfəzi ilə Qara dəniz arasında dəmir yolu əlaqələri də daxil olmaqla, Şərqdən Qərbə və Cənubdan Şimala yeni beynəlxalq logistika marşrutları açacaq”.

N.Paşinyanın fikrincə, TRIPP layihəsinin həyata keçirilməsi MDB ölkələri də daxil olmaqla, regiondakı bütün dövlətlər üçün faydalıdır və yeni logistika imkanları yaradacaq:
“Bu kontekstdə qeyd etmək istərdim ki, dövlət sərhədinin açılması, eləcə də Ermənistanla Türkiyəni birləşdirən avtomobil və dəmir yolu infrastrukturunun bərpası gözlənilir”.

Mürtəza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑