Siyasət · Yeni Sabah

Ermənistanda ŞOK TƏŞVİŞ: Azərbaycanlılar Mehriyə daxil oldu? – MTX-dən TƏCİLİ AÇIQLAMA

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistanda ŞOK TƏŞVİŞ: Azərbaycanlılar Mehriyə daxil oldu? – MTX-dən  TƏCİLİ AÇIQLAMA xəbəri üçün şəkil

Azərbaycan hərbçisinin Qarakilsə rayonunun Şəki kəndinə getməsindən sonra Ermənistanda açıq təşviş yaşanır. Bu hadisədən sonra ermənilər arasında davamlı şəkildə müxtəlif şayiələr yayılmaqdadır.

“Yeni Sabah” xəbər verir ki, bu dəfə Ermənistanın Milli Təhlükəsizlik Xidməti azərbaycanlıların Mehriyə daxil olması və orada axtarış işlərinin aparılması ilə bağlı xəbəri dezinformasiya adlandırıb.

Bu barədə MTX-nin mətbuat xidmətinin nümayəndələri məlumat veriblər. Dominos pizza

“Bu, dezinformasiyadır. Ümumiyyətlə, bu məlumatların hamısı yalandır. Mehridə belə bir hadisə baş verməyib. Milli Təhlükəsizlik Xidməti azərbaycanlıların Mehriyə daxil olması ilə bağlı xəbəri təkzib edir”, - deyə MTX-dən bildirilib.

Bundan əvvəl hadisə barədə 24 News məlumat yayıb. KİV-in məlumatına görə, gecə saatlarından etibarən Mehri yaxınlığında üç azərbaycanlı olduğu ehtimal edilən şəxsin axtarışı PUA-ların köməyi ilə aparılır.

“Azərbaycanla sərhəddə yerləşən, Mehri rayonunun Küris kəndində gecə saatlarında kənd sakinləri mülki geyimli üç nəfər görüblər. Şahidlərin sözlərinə görə, onların azərbaycanlı olması ehtimalı yüksəkdir. Həmin şəxslərlə söhbət etdikdən sonra onlar qaçıblar. Bundan dərhal sonra kənddə və ətraf ərazilərdə axtarış işlərinə başlanılıb”, - deyə KİV yazır./Musavat.com


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑