Siyasət · Ədalət

Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik xəbəri üçün şəkil

Qazaxıstan Azərbaycanın Baş nazir müavinləri səviyyəsində Xəzər dənizinin dayazlaşması üzrə Hökumətlərarası Komissiyanın yaradılması barədə təklifini dəstəkləyir.

Adalet.az Akordaya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənistanda keçirilən Xəzər Ekoloji Sammitində bildirib.

"Qazaxıstan Azərbaycanın Baş nazir müavinləri səviyyəsində Xəzər dənizinin dayazlaşması üzrə Hökumətlərarası Komissiyanın yaradılmasına dair təklifini dəstəkləyir. Xəzəryanı dövlətlər tərəfindən həmçinin Xəzər dənizinin su ehtiyatlarının qorunması üzrə Dövlətlərarası proqramın hazırlanması barədə Qazaxıstanın təklifi bəyənilib", - K.Tokayev bildirib.

Onun sözlərinə görə, əməkdaşlığın mövcud beynəlxalq-hüquqi və institusional əsasına baxmayaraq, görülən tədbirlər Xəzərin ekoloji problemlərinin həlli üçün kifayət deyil. O, Xəzəryanı dövlətləri dayazlaşmanın nəticələrini yumşaltmaq, iqtisadiyyatları və ekosistemləri baş verən dəyişikliklərə uyğunlaşdırmaq üçün əlaqələndirilmiş fəaliyyətə keçməyə çağırıb.

K.Tokayev həmçinin Tehran konvensiyasının əhəmiyyətini və BMT-nin Ətraf Mühit Proqramının təbiəti mühafizə fəaliyyətinə verdiyi töhfəni qeyd edib.

Dövlət başçısı Şimali Aralın bərpası üzrə Qazaxıstanın təcrübəsini misal çəkib. Onun sözlərinə görə, dənizin sahəsini 36 % artırmaq mümkün olub ki, bu da suyun keyfiyyətinin yaxşılaşmasına, balıq ehtiyatlarının bərpasına və ətraf ərazilərin iqtisadi həyatının canlanmasına kömək edib.

Qazaxıstan Prezidenti bu təcrübənin Xəzər dənizinin unikal ekosisteminin qorunub saxlanması üçün tətbiq edilə biləcəyini qeyd edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑