Siyasət · Bizim.Media

İlham Əliyev, Putin və Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirildi

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İlham Əliyev, Putin və Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirildi xəbəri üçün şəkil

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikov məlumat yayıb.

Məlumata görə, görüş Xəzər Ekoloji Sammitindən sonra baş tutub və təxminən 15 dəqiqə davam edib. Görüşün təşkili ilə bağlı razılaşmanı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov əldə edib.

Bildirilir ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) geniş tərkibdə keçirilən iclasının qapalı hissəsində Uşakov bu məsələ ilə bağlı İlham Əliyev və Nikol Paşinyanla ayrıca danışıb. Ermənistanın Baş naziri Xəzər Ekoloji Sammitində iştirak etməsə də, Azərbaycan və Rusiya liderləri ilə görüşmək üçün sammitin başa çatmasını gözləyib.

Bizim.Media 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑