İdman · SİA

Prezident İlham Əliyev Azərbaycan millisini TƏBRİK EDİB

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Prezident İlham Əliyev Azərbaycan millisini TƏBRİK EDİB xəbəri üçün şəkil

"İlk oyunda çətinliklər yaşasaq da, 15 gün ərzində çempionatdakı ilk qarşılaşmamıza hazırlaşaraq qələbə qazanmağı bacardıq."

SİA xəbər verir ki, bu barədə Azərbaycan millisinin baş məşqçisi Famil Xəlilov qarşılaşmadan sonra jurnalistlərə açıqlamasında komandasının çıxışını dəyərləndirərkən deyib.

“Qrupun ilk oyununda böyükhesablı qələbə əldə etmək sevindiricidir. Rəqib müəyyən məqamlarda üstün olsa da, komandamız toparlanaraq layiqli qələbə qazandı.

Qarşıda bizi daha güclü rəqiblərlə oyunlar gözləyir. Onların gücünü kifayət qədər dəyərləndirmişik. Ölkə prezidentinin bizi qəbul etməsi və təbrik etməsi futbolçulara əlavə motivasiya verdi.

İşimiz hələ yeni başlayır. Çalışaraq maksimum nəticə əldə etmək və qrupda liderlər sırasında yer almaq istəyirik. Hədəfimiz qrupda maksimum xal toplamaqdır”, - o deyib.

Qeyd edək ki, bu gün millimiz Timor-Leste yığması ilə üz-üzə gəlib. Bakı Kristal Zalındakı qarşılaşma Azərbaycan seçməsinin qələbəsi ilə yekunlaşıb.

Mətləb

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑