İdman · Trend.az

“Tottenhem” səfərdə “Çelsi”yə qalib gəlib - İngiltərə Premyer Liqası

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Tottenhem” səfərdə “Çelsi”yə qalib gəlib - İngiltərə Premyer Liqası xəbəri üçün şəkil

Bakı. Trend:

“Tottenhem” futbol klubu İngiltərə Premyer Liqasının VIII turu çərçivəsində səfərdə “Çelsi”ni 2:0 hesabı ilə məğlub edib.

77-ci dəqiqədə “Çelsi”nin qapıçısı Mayk Penders topu öz qapısına göndərib. Künc zərbəsindən sonra belçikalı qapıçı topu yumruğu ilə uzaqlaşdırmağa çalışsa da, uğursuzluğa düçar olub. 80-ci dəqiqədə “Çelsi”nin ingiltərəli yarımmüdafiəçisi Koul Palmer ikinci sarı vərəqə alaraq meydandan qovulub. Oyunun yekun hesabını isə “Tottenhem”in fransalı hücumçusu Matis Tel müəyyənləşdirib.

“Tottenhem” İngiltərə çempionatında ardıcıl ikinci qələbəsini qazanıb. Komanda əvvəlki turda doğma meydanda “Koventri”ni 3:1 hesabı ilə məğlub edib. Bununla belə, cari mövsümdə London klubunun başqa qələbəsi yoxdur. “Tottenhem” 9 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑