İdman · Publika.az

“Fənərbağça”nın ümumi borcu açıqlandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Fənərbağça”nın ümumi borcu açıqlandı xəbəri üçün şəkil

Türkiyənin “Fənərbağça” klubunun ümumi borcu açıqlanıb. İstanbul təmsilçisinin öhdəliklərinin 36 milyard 384 milyon lirəyə çatdığı bildirilib.

Publika.az xəbər verir ki, bu barədə klubun audit komitəsinin sədri Mehmet Vodina növbəti Ali Divan Qurulu toplantısında məlumat verib. Toplantı İstanbulun Kalamış bölgəsində yerləşən Faruk İlqaz Təsislərində keçirilib.

Vodinanın açıqladığı 1 iyun – 31 avqust 2026-cı il tarixlərini əhatə edən hesabata əsasən, klubun qısamüddətli öhdəlikləri 22 milyard 727 milyon lirə, uzunmüddətli öhdəlikləri isə 13 milyard 935 milyon lirə təşkil edib.

Bundan başqa, “Fənərbağça”nın yığılmış kapital zərərinin 278 milyon lirə olduğu bildirilib.

Klubun ümumi öhdəliklərinin 36 milyard 384 milyon lirəyə çatdığı toplantı iştirakçılarının diqqətinə çatdırılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑