Dünya · SİA

Demə, ruslar ukraynalıları “çox istədiklərindən” öldürürlərmiş və ya...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Demə, ruslar ukraynalıları “çox istədiklərindən” öldürürlərmiş və ya... xəbəri üçün şəkil

...“Rus Dünyası”nın ideoloqu Aleksandr Duqin bildirib ki, təcavüzkar ölkə Rusiya ukraynalıları guya “sevgi”yə baxmayaraq, hansısa “çox vacib məqsəd” üçün öldürür.

Yəni bizim dildə desək “çox istədiyindən”? Bunu pişik balasını “çox istəyindən yeyir” kimi də ifadə etmək olar?-A.B.)

SİA-nın əldə etdiyi məlumata görə, o, bu açıqlamanı Rusiyanın "Malorossiyanın Metafizikası" təbliğat layihəsinin bir bölümündə verib.

Videodan bir hissəni Tahir Azadov (Şuşada doğulsa da Bakıda yaşayır-A.B.) noyabrın –1 də “Facebook”-da paylaşıb.

Qeyd edək ki, Duginin bölümünün dəqiq tarixi göstərilməyib.

...Biz sizi sevirik, sizə hörmət edirik və sizi öldürməyə məcbur olsaq belə, bunu öz qardaş və bacılarımızın ürəyinə, üzünə, başına güllə atmaqla edirik. Bu çox çətindir, amma biz bunu hansısa çox vacib məqsəd üçün edirik. Bunu hətta anlaya bilmirik. Bu məqsəd bütün rəsmi olaraq bildirilən və elan edilmiş məqsədlərimizdən kənara çıxır. Biz bunu xilas naminə, transformasiya naminə edirik.

Duqin bildirib bunu. (...nə gözəl, nə gözəl- A.B)

Onun sözlərinə görə, ruslar və ukraynalılar guya birləşiblər və Rusiya ukraynalıları yenidən "bir" ola bilsinlər deyə öldürür, baxmayaraq ki, o, bunun səbəbini dəqiqləşdirməyib.

...Biz birik, bunu bir ola bilmək üçün edirik, çünki birik, - Bunu da “Rus dünyası”nın ideoloqu deyib.

Noyabrın 4-də Duqin özünün Telegram kanalında bu təbliğat layihəsinin başa çatdığını elan etdi. Layihədə rus təbliğatçıları, hərbçilər və digər natiqlərin iştirak etdiyi 10 bölüm nümayiş etdirilib.

Əli Babayev

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑