İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai Tehranın ABŞ Prezidenti Donald Trampa həm döyüş meydanında, həm də siyasi müstəvidə məğlubiyyət yaşatdığını iddia edib.
Bizim.Media xəbər verir ki, o, “X” sosial şəbəkəsindəki paylaşımında İranın Hörmüz boğazında da ABŞ-a strateji məğlubiyyət yaşatdığını və Vaşinqtonda keçirilən Konqres seçkilərinin nəticələrinə təsir göstərdiyini bildirib.
Rezai İranla qarşıdurmaya girəcək hər kəsin bunun bədəlini ödəyəcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, noyabrın 3-də keçirilən Konqres seçkilərinin nəticələrinə əsasən, Demokratlar Partiyasının hər iki palatada çoxluq qazandığı bildirilir.
Bizim.Media
“Tramp siyasi məğlubiyyətə uğradı” - Möhsün Rezai

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

