ABŞ-a Rusiya dizel yanacağı daşıyan iki tanker istiqamətini dəyişib.
Bizim.Media xəbər verir ki, “Financial Times”ın (FT) yazdığına görə, tankerlərdən biri olan “Talisman” sənədlərə əsasən, ABŞ-ın Atlantik sahillərinə doğru hərəkət etməli idi.
Lakin gəmi hərəkətini izləyən məlumatlara görə, tanker hazırda Əlcəzair sahillərindədir və əks istiqamətə üzür.
Rusiya dizel yanacağı ilə yüklənmiş və əvvəllər ABŞ-a doğru hərəkət edən digər “Leruo” tankeri isə hazırda Braziliyaya istiqamət alıb.
Bizim.Media
Tramp Rusiyadan dizel yanacağı ala bilməyəcək – Tankerlər başqa istiqamətə üzür

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

